Bu il Azərbaycanın sığorta bazarının həcmi 1,2-1,3 milyard manata qədər böyüyə bilər.
"Azərbaycan sığorta bazarının ÜDM payı çox aşağıdır"
FED.az xəbər verir ki, bunu AMB-nin Baş direktoru Ziya Əliyev "Sığorta mübahisələrinin uğurlu həll yolları" adlı konfransda çıxışı zamanı bildirib.
"2019-cu ildə Azərbaycanda 650 milyon manat sığorta haqqı toplanılmışdı. 2023-cü ildə bu rəqəmin 1,2-1,3 milyard manat olması o deməkdir ki, son 4 il ərzində sığorta bazarı təxminən 2 dəfə böyümüş olacaq", - deyə AMB rəsmisi əlavə edib. (Apa)