2022-ci ildə Azərbaycan sığorta bazarı ümumdaxili məhsulun cəmi 0,7%-i həcmində olub.
Mərkəzi Bank ən çox şikayət edilən sığorta şirkətlərini açıqlayıb - SİYAHI
FED.az xəbər verir ki, bu barədə Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc deyib.
O bildirib ki, bu, 2021-ci ilə nisbətən 0,2% azalma deməkdir. Avropa ölkələri üzrə sığorta sektorunun ÜDM-də payı 3,9% təşkil edib. Başqa sözlə, Azərbaycan sektorun inkişafı baxımından Avropa ölkələrindən 5 dəfədən çox geri qalır.
Zahid Oruc əlavə edib ki, hətta Gürcüstan sığorta sektorunun inkişafına görə Azərbaycandan öndədir: "2022-ci ildə Gürcüstanda sığorta bazarı ÜDM-in 1,27%-nə, Ermənistanda isə ÜDM-in 0,7%-nə bərabər olub". (Apa)