Azərbaycanda könüllü sığortalar üzrə ödənişlər artıb.
FED.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesbalamalara istinadən xəbər verir ki, cari ilin yanvar-avqust aylarında bu növ sığorta üzrə ödənişlər 274 milyon 138,6 min manat təşkil edib.
Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 53 milyon 821,8 min manat və ya 24,4% çoxdur.
2022-ci ilin yanvar-avqust aylarında bu göstərici 220 milyon 316,8 min manat təşkil edib.