Azərbaycanda könüllü sığortalar üzrə yığımlar artıb.
FED.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesbalamalara istiandən xəbər verir ki, cari ilin yanvar-avqust aylarında bu növ sığorta üzrə yığımlar 618 milyon 920,7 min manat təşkil edib.
Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 125 milyon 234,8 min manat və ya 25,4% çoxdur.
2022-ci ilin yanvar-avqust aylarında bu göstərici 493 milyon 685,9 min manat təşkil edib.