Azərbaycanda könüllü həyat sığortası üzrə ödənişlər artıb.
FED.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesbalamalara istiandən xəbər verir ki, cari ilin yanvar-sentyabr aylarında bu növ sığorta üzrə yığımlar 220 milyon 637 min manat təşkil edib.
Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 44 milyon 701 min manat və ya 25,4% çoxdur.
2022-ci ilin yanvar-sentyabr aylarında bu göstərici 175 milyon 935 min manat təşkil edib.