Azərbaycanda sığorta sektorunun həcmi kifayət qədər kiçik olsada, potensiyalı yüksəkdir. Sığorta haqqlarının ÜDM-də payı cəmi 1.1%-dir. Bizim əsas marağımız ondan ibarətdir ki, ilk mərhələdə icbari sığorta növləri üzrə sığorta şirkətlərinin göstərdiyi xidmətləri daha şəffaf, daha istehlakçı yönümlü olmasını təmin etməkdir. İkinci mərhələdə isə könüllü sığorta növlərinin inkişafını dəstək verməliyik.
"Sentaybrda manatı bahalaşdıra biləcək təzyiq güclənib, Mərkəzi Bank bazara müdaxilə edib"
FED.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov AzTV-yə müsahibəsində deyib.
“İcbari sığorta növləri üzrə fokuslanmalıyıq. Əhalinin əksər hissəsi bu sığorta məhsulları ilə rastlaşır və burda istehlakçıların hüquqları müdafiə olunmalıdır” - deyə o əlavə edib.