Azərbaycanda avtomobillərin sığortası- kasko sığorta üzrə yığımlar və ödənişlər sürətlə artıb.
FED.az xəbər verir ki, bu ilin yanvar-oktyabr aylarında sığorta şirkətlərinin kasko sığorta üzrə yığımları 28 milyon 966 min manat təşkil edib. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 5 milyon 733 min manat və ya 24,67% çoxdur.
Eləcə də bax:Azərbaycanda ən az zərərliyi olan - SIĞORTA NÖVLƏRİ MƏLUM OLUB
Həmçinin kasko sığorta üzrə ödnişlər də artıb. Belə ki,cari ilin 10 ayında kasko sığorta üzrə ödənişlər 10 milyon 516 min manat təşkil edib. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 2 milyon 849 min manat və ya 37,16% çoxdur.
Bu il bu kasko sığortada zərərlik 36,26% təşkil edib. Ötən il isə bu gsötərici isə 33% idi.