Xidmət səviyyəsinin yüksəldilməsini və müştərilərin rahatlığını təmin etmək üçün, "Azərbaycan Sənaye Sığorta" ASC yenilənmiş korporativ saytını (www.aiic.az) istifadəyə verib.
Azərbaycan Sənaye Sığorta ASC-nin internet saytın yeni versiyası müasir, eyni zamanda sadə
dizayn ilə seçilir. İstifadəçilərə saytdan icbari avtomobil sığortasını online olaraq əldə etmək imkanı, həmçinin əmlak, səyahət, kasko və korporativ tibbi sığorta üçün isə sorğu göndərilməsi imkanı yaradılıb. Müştəri müraciəti, həkimə müraciət, vakansiyalar, faydalı məlumatlar və s. məlumatlar müvafiq ayrıca bölmələrdə təqdim edilir.
Qeyd edək ki, Azərbaycan Sənaye Sığorta ASC 1996-cı ildən fəaliyyət göstərir. Şirkət korporativvə fərdi müştərilərinə könüllü və icbari sığorta növləri üzrə xidmət göstərir.