FED.az xəbər verir ki, «Atəşgah» Sığorta Şirkəti İsmayıllı filialı üzrə əməliyyatçı vəzifəsi üçün vakansiya elan edib.
Namizədə tələblər
• Yaş: 20-35
• Cinsi: Xanım
• Təhsil: Ali və ya orta texniki
• İş təcrübəsi: müştəri xidmətləri üzrə iş təcrübəsi olanlara üstünlük verilir
• Dil bilikləri: Azərbaycan (əla)
• Kompyuter bilikləri: MS Office yaxşı səviyyədə bilməsi
Əsas vəzifə öhdəlikləri
• Müştəri qəbulu və sənədlərin ekspertizası
• Dövlət orqanları, banklara, müvafiq orqanlara sorğu və məktubların hazırlanması
• Sığorta aktlarının, rəylərinin, imtina məktublarının hazırlanması
• Müəyyən edilmiş qaydada sığorta müqavilələri ilə bağlı ərizə və digər sənədləri qəbul etmək
Eləcə də bax: "AGA Group" işçi axtarır - VAKANSİYA
İş şərtləri
• Əmək müqaviləsi bağlanılır
• İş vaxtı 09:00 - 18:00
• İş günü 5/2: (Şənbə və Bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
• İş yeri: İsmayıllı filialı
Maraqlananlar öz CV formalarını [email protected] ünvanına göndərə bilər. Məktubun mövzu bölməsində, vakansiyanın adını qeyd etmək mütləqdir, əks halda namizədliyinizə baxılmayacaqdır.
"Atəşgah" Sığorta işçi axtarır - VAKANSİYA
19:01
1 May 2018