6 noyabr 2018-ci il Caspian European Club çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyası “Yüksək Texnologiyalar Parkı” MMC-də tanışlıq biznes-turu təşkil edilib. Tur Caspian European Club-un Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadənin iştirakı ilə noyabrın 1-də təşkil etdiyi biznes-forumun yekunu əsasında keçirilib.
Biznes-turu Caspian European Club, ATİB və TUİB üzv şirkətləri üçün “Yüksək Texnologiyalar Parkı”nın malik olduğu imkanlar barədə ətraflı məlumat təqdim etmək məqsədilə təşkil edilib. Təqdimatı və ekskursiyanı AMEA-nın nəzdindəki “Yüksək Texnologiyalar Parkı” MMC-nin direktoru, iqtisadiyyat elmləri namizədi Nazim Şükürov aparıb.
Türkiyənin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Erkan Ozoral və Latviyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Yuris Maklakovs biznes-tura fəxri qonaq qismində qoşulublar.
“Yüksək Texnologiyalar Parkı”nda biznes-tur təşkil edilib
11:42
7 Noy 2018