Fevralın 21-də "Ağsu Aqropark" MMC dövlət qeydiyyatına alınıb. "Turan" İA araşdırma nəticəsində müəyyən edib ki, o, "Modern Group of Companies" şirkətlər qrupuna aiddir.
"Ağsu Aqropark" MMC-nin direktoru Ceyhun Ağakişibəylidir. 43 yaşlı C. Ağakişibəyli 2015-ci ilin ortalarına qədər Müasir İncəsənət Muzeyinin direktoru və "İçərişəhər" Tarix Muzeyinin icraçı direktoru vəzifəsində çalışıb. "Az-Granata" şirkətinin satış şöbəsində çalışıb. Hazırda "Modern Group of Companies"in baş ofisində işləyir. "Ağsu Aqropark" MMC-nin planları barədə ictimaiyyət məlumat açıqlanmayıb. İqtisadiyyat Nazirliyi də "Ağsu Aqropark" MMC-nin yaradılması barədə məlumat verib.
Qeyd edək ki, eManat brendi "Modern Group of Companies" şirkətlər qrupuna aiddir.
"Modern Group of Companies" SOCAR-ın vitse-prezidenti Mikayıl İsmayılovunşirkəti kimi tanınır.