Vergilər Nazirliyi «Göyçay Konyak zavodunu» məhkəməyə verib.
FED.az xəbər verir ki, iddiaya səbəb zavodun 2358 manat vergi borcunun olmasıdır. Vergini ala bilməyən vergi orqanı (9 saylı Ərazi Vergilər İdarəsi) müəssisənin əmlakının 3 min manatlıq hissəsinin siyahıya alınmasına qərar verib.
Eləcə də bax: Vergilər təhlükəli araq sexi tapıblar - AÇIQLAMA
Hakim Rüfət Məcidovun sədrliyi ilə Şəki İnzibati İqtisadi məhkəməsində işə baxılanda cavabdeh tərəf bildirib ki, vergini ödəməyə hazırdır və bununla da iddiaya baxılmamış saxlanılıb.