Sənaye

"Türkiyədəki “Star” zavodu Azərbaycana hər il 850 milyon dollar gəlir gətirəcək"

"Türkiyədəki “Star” zavodu Azərbaycana hər il 850 milyon dollar gəlir gətirəcək" | FED.az
12:36 15 Mart 2019

“Keçən il Azərbaycanda 19,2 milyard kubmetr qaz istehsal edilib”.

FED.az xəbər verir ki, bunu bu gün baş nazir Novruz Məmmədov Nazirlər Kabinetinin 2018-ci ildə fəaliyyəti haqqında hesabatında bildirib.

N.Məmmədov deyib ki, Sumqayıt Kimya Parkında karbamid zavodu fəaliyyətə başlayıb: “Bu zavodda ildə 650 min ton məhsul istehsal ediləcək. Bu zavodun məhsullarının xarici ölkələrə satışından hər il 160 milyon dollar gəlir əldə edilməsi gözlənilir. Türkiyədəki “Star” zavodu isə ölkəyə ilk 5 ildə hər il 850 milyon dollardan çox gəlir gətirəcək”.

Eləcə də bax: Azərbaycan və İran sərhəd-keçid məntəqələrindəki problemləri aradan qaldırır

Digər xəbərlər