ABŞ prezidenti Donald Tramp Atlantika və Arktikada neft hasilatına icazə verməyə hazırlaşır. Ağ Ev Şimal Buzlu və Atlantik okeanlarında neft və qaz quyularının qazılmasına icazə verən hüququ satışa çıxarmaq məqsədilə plan üzərində işləyir.
FED.az xarici mətbuata istinadən xəbər verir ki, bu okeanlardakı enerji yataqlarının işlənməsinə əvvəlki prezident Barak Obama qadağa qoymuşdu. Tramp administrasiyası isə hətta Meksikanın şərq hissəsində olan yataqların belə işlənməsi hüququnu satmaq fikrindədir.
Bloomberg yazır ki, ABŞ-da hətta Sakit okeanda qazıntı işlərinin başlamasına icazə verən hüququn belə satılması variantlarına baxılır. Yaxın günlərdə bu barədə rəsmi açıqlama veriləcəyi gözlənilir.
Qeyd edək ki, hazırda ABŞ-da qüvvədə olan qanuna görə, neft-qaz yataqlarının işlənməsi hüququ 2022-ci ilə qədər qadağandır. Halbuki, Tramp administrasiyası gələn ilin martında isə Meksika körfəzindəki yataqların işləməsi üçün icarəyə veriləcəyi barədə planlarını açıqlayıb.
Tramp okeanlardakı neft yataqlarını satmağa hazırlaşır: planlar mətbuata sızıb
16:32
4 Yan 2018