Sənaye

TANAP-la Türkiyə bazarına nəql edilən qazın həcmi - AÇIQLANIB

TANAP-la Türkiyə bazarına nəql edilən qazın həcmi - AÇIQLANIB | FED.az
18:00 1 Fev 2019

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Trans-Anadolu Qaz Boru kəməri (TANAP) ilə Türkiyəyə ixrac olunmuş Azərbaycan təbii qazının həcmini açıqlayıb.

FED.az xəbər verir ki, “Report”un sorğusuna cavab olaraq  SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib ki, işə salındığı gündən Cənub Qaz Dəhlizi üzərindən, yəni Cənubi Qafqaz Boru Kəməri və TANAP boru kəmərləri vasitəsi ilə indiyə qədər Türkiyə bazarına 1,1 mlrd. kubmetr həcminə yaxın təbii qaz ixrac edilib.

Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsinin əsas seqmentlərindən biri olan TANAP-ın dəyəri 8 mlrd. dollar qiymətləndirilir. TANAP Türkiyənin Gürcüstanla sərhəddindən başlayır və Yunanıstan sərhəddində, Ədirnənin İpsala rayonunda Avropa ölkələrinə təbii qaz nəqlini həyata keçirəcək Trans-Adriatik Boru Kəmərinə (TAP) birləşdiriləcək.

Ümumi uzunluğu 1 850 km olan TANAP Faza-0 və Faza-1 hissə olaraq həyata keçirilir. Boru kəmərinin Faza-0 adlandırılan Gürcüstan-Türkiyə sərhəddi-Eskişəhər hissəsinin diametri 56 düym, uzunluğu 1 340 km təşkil edir. Bu il iyunun 12-də TANAP-ın bu hissəsinin rəsmi açılış mərasimi keçirilib. İyunun 30-da isə TANAP-la Türkiyəyə ilk kommersiya qazının tədarükü başlanıb. Kəmərin ilkin illik ötürücülük gücü 16 mlrd. kubmetr təşkil edir. Bu həcmin6 mlrd. kubmetri Türkiyədə istifadə olunacaq, 10 mlrd. kubmetri isə Avropaya nəql ediləcək.

TANAP layihəsində “Cənub Qaz Dəhlizi” QSC 51%, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi “SOCAR Turkey Enerji A.Ş” 7%, BOTAŞ 30%, BP 12% paya malikdir.

Digər xəbərlər

Banner