Vəzifənin adı: Metaləritmə zavodu, İnjektor operator
Vəzifə öhdəlikləri:
• Profilaktiki işlər başa çatdıqdan sonra soyuq kəsmə qayçısı operatoru təmir personalından İP-nun açarını alır və nöqsanların aradan qaldırılmasını yoxlayır.    
• Soyuq kəsmə qayçısı  operatoru qayçını işə salmazdan əvvəl səs siqnalı verməli.
• Qaymı işə düşməzsə növbətçi elektrikə xəbər verməli və onun icazəcindən sonra təkrar xətti işə salmalı.
• Xətt işə düşərkən soyuq kəsmə qayçısı armaturun verilən ölçülərdə kəsilməsinə və ciblərdə nizamla toplanmasına nəzarət edir. 
• Qəza və ya ştatdankənar hallarda qəza siqnalı verir və xətti saxlayır.
• İlk pəstahı xəttə verməzdən əvvəl soyuq kəsmə qayçısı  operatoru yoxlamalıdır: qayçıların işini, qayçıların ötürücülərinin vəziyyətini, işçi qəfəslərin vallarının fırlanma sürətini.
• Xəttin üzərində kəsilmiş hissələr qalarsa növbəti pəstahı qayçıya verməməli.
Eləcə də bax :"BakıSığorta" işçi axtarır - VAKANSİYA
Eləcə də bax : "Xalq Sığorta" işçi axtarır - VAKANSİYA
Təhsil/Təcrübə:
• Orta texniki təhsil;
• Analoji sahədə 1 il iş təcrübəsi;
• Azərbaycan dilində sərbəst danışıq, yazmaq və oxumaq qabilliyyəti;
• Bilavasitə  bu vəzifə təlimatı ilə nəzərdə tutulan işlərin yerinə yetirilməsində  əsas   sayılan  qanunvericilik  və    Müəssisənin normativ sənədlərinin tələblərini mükəmməl bilməli və işində rəhbər tutmalıdır.
Əlavə məlumatlar:
• Əmək haqqı razılaşma əsasında; 
• Müəssisə tərəfindən naharla və nəqliyyatla təmin edilmə; 
• E-mail: [email protected]


            
                            
                            
                        
                
                
                
                
                
                
                
                
                
                
                
                







