Vəzifənin adı: Hidravlik-çilingər
Vəzifə öhdəlikləri:
• Avadanlıqların hidravlika hissəsinin fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanmasını təmin edir;
• Avadanlıqların hidravlika sahəsində baxış, texniki sınaq və profilaktik təmir işlərini təşkil edir;
• Planlı təmir üçün planların təşkilində, siyahıların tərtib ediməsində iştirak edir, öz təkliflərini verir, lazımi texniki sənədlərlə tanış olur və digər struktur bölmələri ilə əlaqəli işləməni təşkil edir;
• Hidravliki avadanlıqların təmirində, təmir-istismar ehtiyaclarına material sərfi üzrə sənədlərin işlənib hazırlanmasında, təmirin keçirilməsində, smeta xərclərinin hesablanmasında, ehtiyat hissələrinin və materialların alınması üçün siyahıların hazırlanmasında iştirak edir;
• İstehsalat sahələrində olan hidravlik qurğuların və mexaniki avadanlıqların vaxtında və keyfiyyətli təmir olunmasını təşkil edir;
• Planlaşdırılmış qabaqlayıcı təmir qrafikinə əsasən hidravlik avadanlıqların təmirini həyata keçirir;
• Avadanlıqların vaxtından əvvəl sıradan çıxma səbəblərini aydınlaşdırır və onların aradan qaldırılması üçün tədbirləri həyata keçirir;
• Yağ nasoslarının təmizlənməsini və nasazlarının dəyişdirilməsini təmin edir;
• Hidravlik sisteminin stabil işini təmin edir;
• Hidravlik sistemləri verilən təzyiqə və yağ sərfiyyatına uyğun nizamlayır;
• İşləyən avadanlıqların nəzarətsiz qalmamasını təmin edir;
• Dəzgahların hidravlika hissəsinin mexanizm və qovşaqlarının, iş avadanlıqlarının təmirini həyata keçirir;
• Avadanlıqların işinin yaxşılaşdırılması barədə təkliflər verir, onların tətbiqini həyata keçirir;
• İstehsalat avadanlıqlarının nizamlanmaslnda iştirak edir;
• Təmir işləri zamanı əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına əməl olunmasını, avadanlıqların istismarı zamanı təhlükəsiz və əlverişli əmək şəraitinin yaradılmasını təmin edir;
• Daha effektli avadanlıqların tətbiq olunması, plansız təmirlərin və təmir xərclərinin azaldılması, üçün təkliflər verir;
• Bütün çatışmazlıqlar və pozuntular barədə tədbir görülməsi üçün sex rəisinə məlumat verir.
Təhsil/Təcrübə:
• Orta texniki təhsil;
• Analoji sahədə 3 il iş təcrübəsi;
• Azərbaycan dilində sərbəst danışıq, yazmaq və oxumaq qabilliyyəti;
Əlavə məlumatlar:
• Əmək haqqı razılaşma əsasında;
• Şirkət tərəfindən naharla, nəqliyyatla və korporativ nömrə ilə təmin edilmə;
• İş qrafiki: 5/7
• İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.
• Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Hidravlik-çilingər” yazaraq [email protected] ünvanına göndərilməsi xahiş olunur.
• Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.