Vəzifənin adı : SƏTƏM üzrə müfəttiş
Vəzifə öhdəlikləri:
• Bütün işçilər, podratçılar və əraziyə yeni gəlmiş qonaqların SƏTƏM qaydaları ilə tanış etmək;
• Əməyin mühafizəsi üzrə Qanunvericilik və digər tələblərə dair məlumatı rəhbərliyə, işçilərə həmçinin potratçı və təşkilat ilə bağlı bütün tərəfləri məlumatlandırmaq və əməl edilməsinə nəzarət etmək;
• Əməyin mühafizəsi üzrə qanunvericilik və digər normativ hüquqi aktların tələblərinə uyğunluğu qiymətləndirmək məqsədi ilə dövrü qiymətləndirilmələrin aparılmasında iştirak etmək;
• İş yerlərində proses və avadanlıqla əlaqədar təhlükələrin təyin etmək, risklərin qiymətləndrimək, zəruri tədbirlərinin alınmasında istirak etmək və alınan tədbirlərə əməl olunmasına nəzarət etmək;
• Baş vermiş bədbəxt hadisələrin təhqiqatını aparmaq, hadisəni törədən səbəblərin müəyən etmək, hadisələrin bir daha baş verməməsi üçün tədbirlər planının hazırlanmasında iştirak etmək və müəyyən edilmiş səbəblərin aradan qaldırılmasına və tədbirlər planının hayata keçirilməsinə nəzarət etmək;
• Baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması və əmək şəraitinin yaxşılaşdırılması üzrə profilaktik tədbirlər hazırlaması və həyata keçirilməsində iştirak etmək;
• Ərazidə Fərdi mühafizə vasitələrinin geyinilməsi, avadanlıqların, mühafizə vasitələrinin zəruri sınaqlarının və texniki müayinənin vaxtında keçirilməsinə, qoruyucu və mühafizə vasitələrinin vəziyyətinə nəzarət etmək;
• Gündəlik sahə yoxlamalarının aparılması və yoxlamalar nəticəsində aşkar edilmiş uyğunsuzluların aradan qaldırılmasını təqib etmək;
• SƏTƏM üzrə tələb olunan sənədlərin olmasının və əlaqədar heyət tərəfindən başa düşülməsini təmin etmək;
• Fövqəladə hallarla mübarizə planlarına və Şirkətin/Podratçıların hazırlıq səviyyəsini təmin etmək üçün təlimlər keçirmək;
• Yanğın təhlükəsizliyi üzrə vasitələrin, balonların işlək vəziyyətdə olmasını təmin etməli, personalı fövqəladə hallar zamanı görüləcək işlər barədə, həmçinin, təxliyyə planı barədə təlimatlandırmaq.
Təhsil/Təcrübə:
• Ali təhsil (Texniki təhsil arzuolunandır);
• Analoji sahədə ən azı 3 il iş təcrübəsi (İstehsal sahəsində təcrübə arzuolunandır);
• Azərbaycan dilinində sərbəst danışmalı, Rus və İngilis dillərini sənədləşmə səviyyəsində bilmək;
• Microsoft Office proqramlarını istifadəçi səviyyəsində bilmək;
• Beynəlxalq sertifikasiya arzuolunandır;
• Stressə davamlı, dürüst və analitik düşünmə bacarığı olmalıdır.
Əlavə məlumatlar:
• Əmək haqqı razılaşma əsasında;
• Şirkət tərəfindən naharla, nəqliyyatla və korporativ nömrə ilə təmin edilmə;
• İş qrafiki: 5 gün, 08:00 – 17:00
• İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.
• Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “SƏTƏM üzrə müfəttiş” yazaraq [email protected] ünvanına göndərilməsi xahiş olunur.
• Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.