Gədəbəy rayonunda daha 2 süfrə suları istehsalı müəssisəsi tikilir.
FED.az xəbər verir ki, rayonun Maarif kəndində “Kiçik Qafqaz” MMC-yə məxsus illik istehsal gücü 1 milyon dekalitr olan, 47 nəfərin işləyəcəyi, Miskinli kəndində isə illik istehsal gücü 500 min dekalitr olan, 25 nəfərin işləyəcəyi süfrə suları istehsalı müəssisələrinin tikinitisi davam etdirilir.
Qeyd edək ki, hazırda rayonun Zəhmətkənd kəndində “Gədəbəy mineral sular” MMC-yə məxsus mineral sular və limonad istehsalı müəssisəsi fəaliyyət göstərir. MMC tərəfindən “Gədəbəy” və “Slavyanka – 1” markaları ilə sular buraxılır.
ELƏCƏ DƏ BAX: Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 13% azalıb
©Marja