Pirallahə Sənaye Parkında Şpris Zavodunun tikintisi başa çatıb.
FED.az xəbər verir ki, bunu açıqlamasında iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov bildirib.
Onun sözlərinə görə, hazırda zavodun daxilində quraşdırma işləri aparılır: “Artıq lazımi avadanlıq sifariş verilib. Gələn ildən zavodda istehsal prosesinə başlanılacaq. Daxili tələbatın ödənilməsi ilə yanaşı, xaricə də şpris ixrac ediləcək”.