Banner

Sənaye

Şpris zavodu fəaliyyətə başlayacaq – AÇIQLAMA

Şpris zavodu fəaliyyətə başlayacaq – AÇIQLAMA | FED.az
19:08 22 Yan 2019

Pirallahı Sənaye Parkında investisiya dəyəri 100 mln. ABŞ dollarından artıq olan əczaçılıq, şpris və uşaq bezlərinin istehsalı müəssisələrinin yaradılması işləri aparılır.
 
ELƏCƏ DƏ BAX: Yeni sənaye məhəlləsi yaradılacaq-  NAZİR

İqtisadiyyat Nazirliyindən FED.az-a verilən məlumata görə, bunu iqtisadiyyat naziri Şahin Mustafayev nazirliyin Kollegiya iclasında bildirib.
 
Ş. Mustafayev deyib ki, 2019-cu ilin 1-ci rübündə istifadəyə verilməsi nəzərdə tutulan şpris zavodu daxili tələbatı ödəməklə yanaşı, əlavə ixrac imkanları da yaradacaq. Eyni zamanda 2019-cu ilin 1-ci rübündə Azərbaycan-Rusiya birgə müəssisəsi olan “R-Pharm” MMC tərəfindən dərman vasitələrinin qablaşdırılmasına başlanması nəzərdə tutulur.

Digər xəbərlər

Banner