2018-ci ildə “AzerGold” QSC-nin baş ofisində və Çovdar filiz emalı sahəsində 60-dan çox gənc tələbə hasilatı və yan sahələri əhatə edən istehsalat təcrübəsi keçib. Şirkətdən FED.az-a verilən məlumata görə, 2019-cu ildə təkcə Çovdar filiz emalı sahəsində 50-dən çox tələbənin təcrübə keçməsi nəzərdə tutulub.
Bununla yanaşı, tələbələr tərəfindən dağ-mədən və yan sahələrdə konkret nümunələr üzərində araşdırmaların, təqdimatların, innovativ təkliflərin hazırlanması təşviq edilir, onlar üçün master-klasslar və seminarlar təşkil olunur.
Hazırda “AzerGold” QSC-də əməkdaşların orta yaşı 30 yaş təşkil edir. Cəmiyyətdə 105 əməkdaşın yaşı 30-dəkdir. Bu gənclərin bir hissəsini Daşkəsən rayonunda, Çovdar filiz emalı sahəsində işlə təmin etməklə “AzerGold” QSC regionların sosial-iqtisadi inkişafına əhəmiyyətli töhfəsini verir. 2018-ci ildə “AzerGold” QSC-nin gənc əməkdaşları üçün yüksək ixtisaslı və peşəkar biliklərə malik yerli və xarici şirkətlərin nümayəndələri cəlb olunmaqla 100-ə yaxın təlim keçirilib.