Dünyanın ən böyük neft ixrac edən ölkəsi olan Səudiyyə Ərəbistanı mart ayı üçün neftin satış qiymətini endirib.
FED.az xəbər verir ki, Səudiyyə Ərəbistanı mart ayında Avropa, Asiya və ABŞ üçün neftin qiymətinə dair müxtəlif endirimlər edib.
Səudiyyə Ərəbistanının milli neft şirkəti “Saudi Aramco” bütün xam neft məhsullarının Avropaya satış qiymətini 0,20-1,70 dollar/barrel ucuzlaşıdırıb.
Sözügedən dövrdə “Saudi Aramco” orta və ağır xam neftin satış qiymətini ABŞ-a 10 sent və Asiya üzrə satış qiymətini isə 25-30 sent endirib.
Qeyd edək ki, yanvarın 20-26-sı tarixlərində ABŞ-ın gündəlik xam neft istehsalı Səudiyyə Ərəbistanının hasilatına, yəni 9,92 milyon barrelə çatıb.