Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, Yanvarda sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 13,8 faiz artmışdır.
FED.az DSK-a istinadən xəbər verir ki, sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2019-cu ilin yanvar ayında 3,8 milyard manatlıq və ya 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,4 faiz çox sənaye məhsulu istehsal edilmişdir.
Eləcə də bax: "Hasilat sahəsində şəffaflığın təmin olunması vacibdir"
Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 13,8 faiz artmışdır.
Sənaye məhsulunun 72,5 faizi mədənçıxarma sektorunda, 22,0 faizi emal sektorunda, 4,8 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.
Mədənçıxarma sektorunda neft hasilatı 0,8 faiz azalmış, əmtəəlik qaz hasilatı isə 26,4 faiz artmışdır.
Emal sektorunda avtomobil, qoşqu və yarımqoşquların istehsalı 2,9 dəfə, mebel istehsalı 2,3 dəfə, maşın və avadanlıqların istehsalı 2,1 dəfə, kağız və karton istehsalı 75,2 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 63,3 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 58,7 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 56,9 faiz, içkilərin istehsalı 48,9 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 37,1 faiz, kimya sənayesi məhsullarının istehsalı 35,4 faiz, elektrik avadanlıqlarının istehsalı 25,9 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 15,0 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 11,9 faiz, tikinti materiallarının istehsalı 6,8 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 1,5 faiz artmış, poliqrafiya məhsullarının istehsalı 0,8 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 16,1 faiz, əczaçılıq məhsullarının istehsalı 24,4 faiz, hazır metal məmulatlarının istehsalı 25,4 faiz, geyim istehsalı 32,3 faiz, tütün məmulatlarının istehsalı isə 33,5 faiz azalmışdır.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 0,5 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 8,1 faiz artmışdır.
Sənayenin qeyri-neft sektorunda sıçrayış qeydə alındığı açıqlandı
12:23
13 Fev 2019