Bu il yanvar-oktyabr aylarında sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 40 milyard manatlıq sənaye məhsulu istehsal edilib.
ELICƏ DƏ BAX: Azərbaycan "Samand" avtomobillərinin - İSTEHSALINA BAŞLAYIR
Dövlət Statistika Komitəsindən FED.az-a verilən məlumata görə, bu, 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,5 faiz çoxdur.
Bu il yanvar-oktyabr aylarında keçən ilin anoloji dövrü ilə müqayisədə məhsul istehsalının artması ilə bərabər anbarlardakı məhsulun azalması da diqqət çəkir. Əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 1 noyabr 2018-ci il vəziyyətinə 385,7 milyon manatlıq hazır məhsul olub. Bu, istehsal edilən məhsulun 1 faizindən də az- 0,96 faizdir. 2017-ci ilin yanvar-oktyabr aylarında isə istehsal edilən 32 milyard manatlıq məhsulun 1,8 faizi, yəni 576,9 milyon manatlıq məhsul keçən il 1 noyabr tarixinə anbarlarda olub.
Sənaye məhsullarının satışından – XOŞ XƏBƏR VAR
21:51
21 Noy 2018