Banner

Sənaye

Şəmkirdə yeni balıq müəssisəsi - 43 MİLYON AZN, 1000 İŞ YERİ

Şəmkirdə yeni balıq müəssisəsi - 43 MİLYON AZN, 1000 İŞ YERİ | FED.az
14:11 22 Okt 2018

Şəmkirdə yaxın vaxtlarda fəaliyətə başlayacaq «Az Farel» balıqartırma müəssisəsinin məhsulları çoxsaylı xarici ölkələrə ixrac ediləcək, müəssisədə isə 1000 nəfər işlə təmin olunacaq. Bu barədə FED.az-ın sorğusuna cavab olaraq Şəmkir rayon icra hakimiyyətindən bildirilib.

İH-dan verilən məlumata görə, Azərbaycanda balıqçılıq sənayesinin inkişafı, xüsusilə də bu sahədə yeni texnologiyaların tətbiqi və dünya standartlarına cavab verən ixrac məhsullarının hazırlanması qarşıda duran əsas məsələlərdəndir. Belə müəssisələrin regionlarda yaradılması bölgələrdəki inkişafı daha da gücləndirir. Onlardan biri də Şəmkir rayonunda qurulan “Az Farel” MMC balıqyetişdirmə müəssisəsidir.

“Az Farel” MMC balıqyetişdirmə təsərrüfatı əhəmiyyətinə görə regionun ən mühüm müəssisələrdən biridir. İstehsal gücünə, perspektiv inkişaf imkanlarına görə Qafqazın ən böyük balıqyetişdirmə və emalı müəssisəsi olan “Az Farel” MMC Şəmkirçay Su Anbarının sahilində yerləşir. 

Yaxın vaxtlarda istifadəyə verilməsi planlaşdırılan Qafqazda analoqu olmayan   “Az Farel” MMC 6 hektar ərazidə yaradılıb. Müəssisədə ilkin mərhələdə ildə 3 min ton 14 növ farel balığı üzrə qırmızı və qara kürü də daxil olmaqla 42 çeşiddə məhsul istehsal ediləcək.

Emal müəssisəsində ilkin olaraq 110 nəfər işlə təmin olunacaq. Növbəti mərhələdə ildə 10 min ton balıq istehsal etmək, 3-cü mərhələdə isə müəssisənin istehsal gücünün 30 min tona çatdırılması nəzərdə tutulub.

Müəssisənin tərkibində balıqyetişdirmə hovuzları, balıq emalı zavodu, inkubasiya sahəsi, kürü istehsalı və yem istehsalı zavodu fəaliyyət göstərəcək.

“Az Forel” MMC-nın inkubasiya sahəsində forel balıqları yetişdirilərək müəyyən mərhələyə çatdıqdan sonra xüsusi şəraitdə qəfəslərə köçürülür. Gün ərzində xüsusi rejimdə və təbii yemlərlə bəslənən balıqlar bəlli çəkiyə çatandan sonra müəssisənin tərkibindəki balıqartırma və yetişdirmə sahəsinə köçürülür.

Müəssisənin əsas hədəfi istehsal etdiyi kürü və balıq məhsullarını “Made in Azerbaijan” brendi altında çoxsaylı xarici ölkələrə ixrac etməkdir. Gələcək illərdə müəssisədə istehsal imkanlarının genişləndirilməsi hesabına əlavə 1000 yeni iş yerinin açılması nəzərdə tutulub.

Yerli sahibkar tərəfindən yaradılan “Az Farel” MMC balıqyetişdirmə və emalı zavodunun layihə dəyəri 43 milyon manatdır.

Digər xəbərlər

Banner