Azərbaycanda tikinti materiallarının istehsalı sürətlə artır.
FED.az Dövlət Statistika Komitəsinə (DSK) istinadən xəbər verir ki, yanvar-iyul aylarında ölkədə ümumi dəyəri 446,3 milyon manat olan tikinti materialları istehsla edilib. Bu əvvəlki iin eyni dövrünə nisbətən 46,7 faiz artıqdır.
Bu dövrdə emal edilmiş mərmər, travertin, alebastr və onlardan məmulatların istehsalı 72,2 faiz, sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpiclərinin istehsalı 72,1 faiz, hörmə üçün hazır beton qarışığının istehsalı 40,6 faiz, tikinti gipsinin istehsalı 38,3 faiz, tikinti əhənginin istehsalı 19,9 faiz, tikinti kərpicinin istehsalı 13,7 faiz, sementin istehsalı 4,3 faiz artıb, asfaltın istehsalı isə 33,2 faiz azalıb.