Sahibkarlığın İnkişafı Fondu (SİF) sənaye, kənd təsərrüfatı məhsullarının emalı sahələrində fəaliyyət göstərən sahibkarlara güzəştli kreditlərin verilməsinin stimullaşdırılması məqsədilə müvəkkil kredit təşkilatlarının nümayəndələri arasında yenidən "Sənayenin inkişafına dəstək" adlı müsabiqə keçirir.
Sahibkarlığın İnkişafı Fondu 7 ayda verdiyi kreditin məbləğini - AÇIQLAYIB
FED.az xəbər verir ki, Fonddan verilən məlumata görə, müsabiqədə yalnız SİF-lə əməkdaşlıq edən və 2023-cü il üzrə limiti olan müvəkkil kredit təşkilatlarının (banklar, bank olmayan kredit təşkilatları, kredit ittifaqlarının) kredit mütəxəssisləri iştirak edə bilər.
Qaliblər müvafiq sahələr üzrə fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarlara verilən kreditlərin sayı əsas götürülməklə, o cümlədən müsabiqə üzrə bildirilmiş əlavə meyarlar üzrə hesablanmış ümumi əmsallar nəzərə alınmaqla müəyyənləşdiriləcək.
Müsabiqəyə müraciətlər 20 dekabr tarixinədək davam edəcək.