Xəbər verdiyimiz kimi, Mayın 16-da Azərbaycan Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Bakı Ekspo Mərkəzində XVII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı - “Caspian Agro” və XXIX Azərbaycan Beynəlxalq Qida Sənayesi - “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar.
Bakı və Minsk maşınqayırma sahəsində birgə layihələr - HAZIRLAYIR
FED.az xəbər verir ki, sərgidə Minsk avtomobil zavodunun baş direktoru Valeri İvankoviç deyib:
Bizdə xeyli istehsal xətti mövcuddur. Kompleks tullantıların yığılması üçün maşınlarımız var. Hesab edirəm ki, onlara böyük tələbat var. Gəncə avtomobil zavodunda biz avtomobillərin müştərək yığılması müəssisəsini yarada bilərik. Biz şassi tədarük edərik, iş yerini siz təmin edərsiniz. Sizin mütəxəssislər qurğuların yığılmasını təmin edərlər, təcrübə və biliklərdən isə birgə istifadə olunar.
Prezident Aleksandr Lukaşenko: Prezident bu təklifi dəstəkləyir.
Valeri İvankoviç: Buna görə təşəkkür edirəm. Çox sağ olun.