Bakı və Minsk qarşılıqlı faydalı şərtlərlə ticarət-iqtisadi əməkdaşlığı genişləndirmək, maşınqayırma sahəsində birgə layihələr həyata keçirmək niyyətindədir.
Gəncədə 489 traktor, 224 MAZ yük avtomobili - İSTEHSAL EDİLİB
Bu məsələ Belarus baş nazirinin müavini İqor Petrişenkonun Bakıda apardığı danışıqlar zamanı müzakirə edilib.
FED.az Belarus mətbuatına istinadən xəbər verir ki, danışıqlar zamanı tərəflər ticarət-iqtisadi əməkdaşlığın bərabərhüquqlu və qarşılıqlı faydalı şərtlərlə daha da genişləndirilməsi və şaxələndirilməsi istiqamətində işləməklə bağlı razılığa gəliblər.
2023-cü ildə hökumət nümayəndə heyətlərinin və işgüzar dairələrin qarşılıqlı səfərləri, tərəflərin keçirdikləri beynəlxalq sərgi və biznes forumlarda iştirak, eləcə də hökumətlərarası komissiya səviyyəsində fəal əməkdaşlıq ticarət-iqtisadi əməkdaşlığın daha da inkişafına kömək edəcək.
2021-ci ilin yekunları üzrə qarşılıqlı ticarət dövriyyəsi demək olar ki, iki dəfə artıb, bu il də əsas mal mövqeləri üzrə ticarətdə artım müşahidə olunur.
“Həmçinin Azərbaycanda yeni kooperasiya layihələri də inkişaf etdirilməlidir. Tərəflər maşınqayırma sahəsində birgə layihələrin yaradılması üzərində işləməyi, xüsusilə Gəncə Avtomobil Zavodunun bazasında yığılan Belarus texnikasının nomenklaturasını genişləndirməyi planlaşdırırlar”, - deyə məlumatda vurğulanır. (İnterfaks-Azərbaycan)