Sənaye

Qeyri-neft icxracından ölkəyə ən çox pul gətirən – 10 ŞİRKƏT

Qeyri-neft icxracından ölkəyə ən çox pul gətirən – 10 ŞİRKƏT | FED.az
15:55 1 Mart 2019

2019-cü ilin yanvar ayında Azərbaycandan qeyri-neft ixracı üzrə ölkəyə ən çox valyuta gətirən şirkətlər məlum olub.

FED.az  İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”na istinadən xəbər verir ki, bunlar "MKT İstehsalat Kommersiya" MMC, "TST Export" MMC, “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı nümayəndəliyi, “Socar Polymer” MMC, “Garden Store" MMC, "Vorld Trade" MMC, "Baku Steel Company" MMC, "Ram Beynəlxalq Nəqliyyat və Ticarət LTD" MMC, “Azhazelnut” MMC, “Sun Food” MMC təmsil olunub.

Eləcə də bax: Xurma, fındıq, mahlıc – xaricdən böyük pullar gətirib - RƏQƏMLƏR

İxrac icmalından məlum olur ki, yanvar ayında ölkədən qeyri-neft ixracının ilk 10-luğunda 4 yeni şirkət var. Bunlar "TST Export" MMC, “Socar Polymer” MMC, “Garden Store" MMC və "Vorld Trade" MMC-dir. Bəzi şirkətlərin ixracında ötən illə müqayisədə kəskin artım, bəzi şirkətlərdə isə kəskin azalma var.

Belə ki, Azərbaycandan qızıl ixrac edən “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin ixrac həcmi ötən ilin yanvar ayı ilə müqayisədə 2.5 dəfə azalaraq 11 milyon dollardan 4,3 milyon dollara düşüb. "Baku Steel Company" MMC-nin ixracı isə ötənilki 2,4 milyon dollardan 2,1 milyn dollara enib.

Şirkətlərin ixrac göstəriciləri aşağıdakı kimidir.

Digər xəbərlər