Banner

Sənaye

Qafqazda ən böyük olacaq

Qafqazda ən böyük olacaq | FED.az
15:27 12 Mart 2019

Şəmkir rayonunun Mehrili kəndi ərazisində qurulan “Azfarel” MMC-balıq yetişdirmə və emalı müəssisəsinin tikintisi davam edir.

Şəmkir çayının sahilində yerləşən və ümumi sahəsi 4,94 hektar olan balıqyetişdirmə və emalı müəssisəsi öz istiqamətinə görə Qafqazda ən böyük istehsal müəssisəsi olacaq.

Bu barədə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov rayonda 2018-ci ildə sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabatda ictimaiyyət qarşısında çıxış edərkən məlumat verib.

Bildirilib ki, müəssisədə ilkin mərhələdə ildə 3 min ton 12 növ farel balığının və saatda 3 min ədəd balıq konservinin istehsalı nəzərdə tutulub. Emal müəssisəsində ilkin olaraq 250 nəfər işlə təmin olunacaq. Növbəti mərhələdə isə ildə 10 min ton balıq istehsal etmək və işçilərin sayını 500 nəfərə çatdırmaq planlaşdırılır.

Qeyd edilib ki, ötən il tikintisinə 3 milyon manat kapital qoyulan müəssisənin ümumi investisiya dəyəri 43 milyon manatdır.

Digər xəbərlər

Banner