Sentyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Naxçıvan Bərpa-istehsalat hərbi kompleksinin açılışında iştirak ediblər.
xxx
Azərbaycan və Türkiyə prezidentləri Naxçıvanda hərbi zavodun açılışında iştirak edəcək.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Naxçıvana səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə birgə keçirdiyi mətbuat konfransı zamanı bildirib.
“Modernizasiyasını həyata keçirdiyimiz hərbi qulluq və təmir zavodunun açılış mərasimində iştirak edəcəyik. Bu layihə də müdafiə sənayesindəki əməkdaşlığımıza töhfə verəcək”, - deyə o vurğulayıb.