İyulun 19-da Özbəkistanın baş naziri Abdulla Aripovun başçılığı ilə nümayəndə heyəti Ələt Azad İqtisadi Zonasını (ƏAİZ) ziyarət edib.
Ələt Azad İqtisadi Zonasında tikiləcək zavodda 300-dən çox iş yeri yaradılacaq - FOTOLAR
FED.az xəbər verir ki, ərazidə keçirilmiş görüş çərçivəsində ƏAİZ-in Səlahiyyətli Qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov görüş iştirakçılarına Zonanın strateji coğrafi mövqeyi, unikal qanunvericilik bazası, investorlara təqdim edilən istifadəyə hazır ərazi-daxili və ərazi-xarici infrastruktur və mühəndis-kommunikasiya sistemləri ilə təchiz olunmuş sənaye torpaq sahələri və maliyyə və qeyri-maliyyə imtiyazlar paketi haqqında geniş məlumat verib.
Sonda nümayəndə heyətinin üzvləri ərazidə investorlar üçün yaradılmış əlverişli mühitlə tanış olub.