Dünya bazarında neftin qiymətinin kəskin azalması Azərbaycanın 2019-cu il üçün dövlət büdcəsində dəyişikliyə səbəb olmayacaq. Bunu FED.az-a Milli Məclisin İqtisadiyyat və Sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib.
Qeyd edək ki, 2019-un büdcəsində neftin qiyməti 60 dollardan götürülüb, dünya bazarında isə son bir neçə həftədə neftin sürətli ucuzlaşması baş verib və oktyabrın əvvəlindən etibarn 26% ucuzlaşan neft 63-64 dollara enib. Amma Ziyad Səmədzadi bildirib ki, bu il büdcə yeni qaydalarla hazırlanıb və neftin qiymətinin büdcəyə təsiri minimallaşdırılıb: «Ona görə də bu təsir ən çoxu 3% civaında özünü göstərə bilər».