Sənaye

Neft və qazdan gəlirimiz 130 milyard dolları keçdi

Neft və qazdan gəlirimiz 130 milyard dolları keçdi | FED.az
10:16 6 Fev 2018

1 fevral 2018-ci il tarixinə olan məlumata görə, 2001-ci ildən etibarən Dövlət Neft Fondunun (ARDNF) Azəri-Çıraq - Günəşli (AÇG) yatağı üzrə ümumi gəlirləri 129 milyard 137 milyon ABŞ dolları təşkil edib. Bu barədə Fonddan məlumat verilib.

Qeyd edilib ki, AÇG yatağından 2018-ci ilin Yanvar ayı ərzində (01.01.2018 - 01.02.2018 tarixinə) 651,6 milyon ABŞ dolları gəlir əldə edilib.

AÇG HPBS-nin 2050-ci ilə qədər uzadılması çərçivəsində xarici sərmayəçilər tərəfindən ödənilən bonus – 450 milyon ABŞ dolları təşkil edib.

"Şahdəniz" yatağı üzrə əldə olunan ümumi gəlirlər isə (2007-ci ildən etibarən) 2 milyard 506 milyon ABŞ dolları (01.02.2018 tarixinə) təşkil edib.

Şahdəniz layihəsi çərçivəsində xarici sərmayəçilər tərəfindən ödənilən əlavə bonus – 0,108 mln. ABŞ dolları olub.

Beləliklə, ARDNF AÇG və "Şahdəniz"dən 131,6 milyard dollaradək gəlir əldə edib.

Digər xəbərlər

Banner