Azərbaycanda sənaye müəssisələri qənaət etmək üçün istifadə edilmiş sudan təkrar yararlanmalıdırlar.
FED.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib.
Eləcə də bax: “Azərsu” 2019-cu ilin yekunlarını - AÇIQLAYIB
Onun sözlərinə görə, Azərbaycanın su ehtiyatları region ölkələri ilə müqayisədə nisbətən azdır. Suya qənaət olunması üçün beynəlxalq praktikaya uyğun olaraq çevik su idarəçiliyi tətbiq olunmalıdır: “Suya qənaət olunması vacibdir, çünki bir çox ölkələrdə olduğu kimi, bizdə də bu sahədə çətinliklər var. Qlobal istiləşmənin baş verməsi səbəbindən suya daha çox qənaət edilməli və suya olan tələbat həm də qənaət hesabına ödənilməlidir. Su qıtlığı ilə üzləşməmək üçün su itkilərinin qarşısı alınmalı, suya qənaət edən müasir texnologiyalardan istifadə edilməlidir”.
F.Əliyev qeyd edib ki, suya qənaət məqsədilə Azərbaycandakı sənaye müəssisələrində təmizləyici qurğular quraşdırılmalıdır.
ETSN-nin bu məsələdə çox maraqlı olduğunu deyən nazir müavininin fikrincə, həmin qurğuların hesabına müəssisələrdə sudan təkrar istifadə etmək mümkündür.
Trend