Banner

Sənaye

Naxçıvan Avtomobil Zavodu istehsalı bərpa edə bilmir

Naxçıvan Avtomobil Zavodu istehsalı bərpa edə bilmir | FED.az
09:07 18 Yan 2018

2017-ci ildə Azərbaycanda cəmi 30 ədəd minik avtomobili istehsal olunub. Azərbaycanda minik avtomobillərinin yeganə istehsalçısı Naxçıvan Avtomobil Zavodudur.

2017-ci ilin yanvar-iyul aylarında da Azərbaycanda cəmi 30 ədəd minik avtombili istehsal edilmişdi. Beləliklə, ikinci yarımildə Naxçıvan Avtomobil Zavodunda istehsal dayanıb.

01.01.2018-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 116 ədəd təşkil edib. 01.12.2017-ci il tarixində hazır məhsul ehtiyatı 123 ədəd idi.

Avtomobillər satılmadığından Naxçıvan Muxtar Respublikası Ali Məclisi zavoda dəstək verməyə çalışır. Avqust və Sentyabrda da zavodun bir neçə avtomobili alınaraq dövlət qurumlarına, əlillərə hədiyyə verilib.

Qeyd edək ki, Naxçıvan Avtomobil Zavodu "NAZ-Lifan" markalı minik avtomobilləri istehsal edir. Avtomobillərin ehtiyat hissələri Çindən idxal olunur. Müəssisənin ən iri müştərilərindən biri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi idi. Avtomobillər dövlət büdcəsi vəsaitləri hesabına alınaraq əlillərə hədiyyə olunurdu.

Məhsul növləri

2017-ci ildə

istehsal edilmişdir

2016-cı ilə nisbətən, faizlə

01.01.2018-ci il vəziyyətinə hazır məhsul ehtiyatı

Traktorlar, ədəd

1 421

137,4

4

Xüsusi təyinatlı kommunal maşınlar, ədəd

3 320

2,1 d.

530

Minik avtomobilləri, ədəd

30

11,1

116

Yüklərin daşınması üçün sair qoşqular və yarımqoşqular, ədəd

3

2,1

2

Digər xəbərlər

Banner