“Mətanət A” şirkəti İnsan Resursları Departamentinin direktoru vakansiyasını elan edir
Vəzifə öhdəlikləri:
Əmək Məcəlləsinə uyğun olaraq insan resurslarının idarə edilməsi siyasətinin həyata keçirilməsi;
Qayda və daxili prosedurların hazırlanması və təkmilləşdirilməsində iştirak;
Daxili prosedur və proseslərə əsaslanaraq işçi axtarma, seçmə və yerləşdirmənin təmin edilməsi ;
Ehtiyat kadr bazasının yaradılması;
Təsdiq olunmuş daxili qaydaların icra edilməsinə nəzarətin həyata keçirilməsi;
Əməkdaşların attestasiyadan keçirilməsinin təşkil edilməsi;
İşə qəbul olunan yeni əməkdaşların istiqamətləndirilməsi, adaptasiya olunmaları üçün dəstəyin göstərilməsi;
Yüksək potensialı olan işçilərin aşkar edilməsi və onların stimullaşdırılması ilə bağlı rəhbərliyə təqdimatların verilməsi;
Əməkdaşların ixtisasartırma kurslarına göndərilməsi;
Kadrlar üzrə müfəttişlərin işinin təşkili və ona rəhbərliyin edilməsi;
Şirkətin KSM siyasətinə dəstəyin verilməsi, plana əsasən müxtəlif layihələrin həyata keçirilməsi.
Tələblər:
Ali təhsil (Sosial elmlər, Psixologiya və ya Menecment sahəsində olması arzuolunandır)
İş təcrübəsi: İnsan resurslarının idarə edilməsi sahəsində minimum 5 il təcrübəsinin olması
Yaş həddi: 30-45
Dil bilikləri: (Azərbaycan, ingilis, rus - əla səviyyədə)
Kompüter biliyi: Microsoft office, Internet Explorer və Outlook
Şəxsi keyfiyyətlər
Liderlik xüsusiyyətləri;
Analitik düşüncə;
Ünsiyyət yaratmaq bacarığı;
İşə planlı yanaşma .
İş şəraiti:
İş saatı: 09-00-dan 18-00-dək;
İstirahət: Şənbə və bazar günü.
Əmək haqqı:
Razılaşma yolu ilə
Tələblərə uyğun gələnlər və Azərbaycanın ən aparıcı şirkətlərindən biri olan “Mətanət A” – da perspektivli karyera qurmaq istəyənlər CV-lərini [email protected] ünvanına göndərə bilərlər.