“Mətanət A” şirkəti Maliyyə üzrə Analitik vakansiyasını elan edir
İşin təsviri:
Şirkətin maliyyə fəaliyyətini təhlil etmək;
İnvestisiya qərarlarının qəbulu zamanı gələcəkdə istifadə məqsədilə iqtisadi şəraitin proqnozlaşdırılması, gələcək gəlir və xərclərin hesablanması üçün maliyyə məlumatlarını təhlil etmək;
Müqavilələrin bağlanılmasının məqsəd yönlülüyünü təhlil etmək;
İqtisadi, hüquqi və sahəvi məlumatları, həmçinin şirkətin maliyyə hesabatları və maliyyə üzrə dövri məlumatı toplamaq;
Maliyyə göstəricilərini hesablamaq;
Maliyyə tədqiqatlarını həyata keçirmək;
Maliyyə riskinin səviyyəsini qiymətləndirmək;
İnvestisiyalaşma və alqı – satqı əməliyyatlarının vaxtı haqqında zəmanət vermək;
Maliyyə hesabatını hazırlamaq;
İş şəraiti:
İş saatı: 09-00-dan 18-00-dək;
İstirahət: Şənbə və bazar günü;
Əmək haqqı:
Razılaşma yolu ilə;
Tələblər:
Təhsil: Ali (İqtisadi)-Xaricdə təhsil alanalara üstünlük verilir;
İş təcrübəsi: 3-5 il iş təcrübəsi;
Yaş həddi: 27-45 yaş;
Dil bilikləri: Azərbaycan, Rus və İngilis dili;
Kompüter bilikləri: 1C Proqramını və MS Office yaxşı səviyyədə bilməsi.
Şəxsi keyfiyyətləri:
İşə planlı yanaşmaq bacarığı;
Yüksək ünsiyyət bacarığı;
Nitq mədəniyyəti;
Təmkinlilik, etibarlılıq, özünə inamlı;
Səliqəli, təşkilatçı, operativ çalısan, bacarıqlı.
Qeyd
İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur;
Anket məlumatlarına yanlış və qeyri-düzgün məlumatlar daxil etdiyi aşkar olunan şəxslər işə götürülmürlər;
Bu sahələr üçün ANKET FORMASI-nı doldurub [email protected] ünvanına göndərin