“Mətanət A” şirkəti Keyfiyyət İdarəetmə Sistemi üzrə mütəxəssis vakansiyasını elan edir
Vəzifə öhdəlikləri:
• İSO 9001:2015 Keyfiyyət İdarəetmə Sistemi və İSO 14001:2015 Ekoloji Menecment standartlarına (EMS) keçidlə bağlı şirkətin normativ sənədlərini yeniləmək. Zəruri sənədləri hazırlamaq;
• Şirkətin struktur bölmələrində KİS və EMS üzrə daxili proseduraların tətbiqinə nəzarət etmək,
• Daxili təlimlərin keçirilməsi və tədrisin qiymətləndirilməsi;
• Təlimatların, iş axını sxemlərin, nəzarət kartların hazırlanması və razılaşdırlmasını təmin etmək;
• İSO 9001:2015/EMS üzrə siyasətin, məqsədlərin, tədbirlər planının işlənib hazırlanmasını təşkil etmək;
• Şirkətin struktur bölmələrinin İSO 9001:2015/EMS idarəetmə sistemi üzrə daxili auditlərinin aparılması;
• İSO 9001:2015/EMS prosesləri, prosedurları və qaydalarını şirkətin əməkdaşlarına çatdırmaq və praktik məsələlərdə iştirak etmək;
• Ümumi risklərin qiymətləndirilməsi və imkanların təhlili;
• Yeni normativ və standartların tətbiqi ilə bağlı vaxtı-vaxtında zəruri olan tədbirlərin həyata keçirilməsi;
• Müntəzəm şəkildə gündəlik olaraq iş yerlərində texnoloji intizama (texnoloji proseslərin düzgün yerinə yetirilməsinə) riayət edilməsini nəzarət altında saxlamaq;
• Təlimatların yerinə yetirilməsini nəzarət altında saxlamaq;
• Uyğunsuzluğun təhlilində iştirak etmək;
Tələblər:
• Yaş həddi: 28-40
• Ali təhsilli (menecment, və ya standartlaşdırma və sertifikasiya sahəsində) və ya texniki yönümlü ali təhsil;
• Analoji sahədə ən azı 3 il iş təcrübəsi;
• Keyfiyyətin İdarəedilməsi Sistemi sahəsində müvafiq kurslarda iştirak. (İSO 9001:2015, İSO 9001:2015 sertifikatlara malik olması);
• İSO 14001:2015 - Ekoloji Menecment Sistemi sahəsində müvafiq kurslarda iştirak. (İSO 14001:2015 sertifikatlara malik olması);
• KİS və EMS daxili audit sahəsində müvafiq kurslarda iştirak;
• Azərbaycan və rus dilini mükəmməl bilmək, ingilis dilini sərbəst istifadəçi səviyyəsində bilməli;
• Microsoft Office proqramlarını əla səviyyədə bilməli.
Əlavə məlumatlar:
• Əmək haqqı razılaşma əsasında;
• İş saatı: 09-00-dan 18-00-dək;
• Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Keyfiyyət İdarəetmə Sistemi üzrə mütəxəssis” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur;
• Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.