FED.az xəbər verir ki, “Mətanət A” şirkəti Keyfiyyət İdarəetmə Sistemi üzrə mütəxəssis vakansiyasını elan edir
İşin təsviri:
- İSO 9001 Keyfiyyət İdarəetmə Sisteminə (KİS) uyğun olaraq şirkətin normativ sənədlərini hazırlamaq;
- Şirkətin struktur bölmələrində KİS üzrə sənədlərin və prosedurların, təlimatların hazırlanması, monitorinqini və razılaşdırlmasını təmin etmək;
- İSO 9001 KİS üzrə siyasətin, məqsədlərin, tədbirlər planının işlənib hazırlanmasını təşkil etmək;
- Şirkətin struktur bölmələrinin İSO 9001 idarəetmə sistemi üzrə daxili auditlərinin aparılması;
- İSO 9001 KİS prosesləri, prosedurları və qaydalarını şirkətin əməkdaşlarına çatdırmaq və praktik məsələlərdə iştirak etmək;
- Hazır məhsulu saxlama, satış və qaytarma anbarlarında mütəmadi keyfiyyət nəzarəti yoxlamalarını həyata keçirmək;
- Məhsulların saxlama anbarlarında dezinseksiya və deratizasiya tədbirlərinin planlanması, təşkili və həyata keçirilməsinə nəzarəti həyata keçirmək;
- İdxal olunan məhsulların anbara qəbulu zamanı nəzarətin aparılması, aşkar olunan uyğunsuzluqlara dair tədbirlərin görülməsi və nəticəni izləmək;
- Ümumi risklərin qiymətləndirilməsi və imkanların təhlili;
- Uyğunsuzluqların və hadisələrin qeydiyyatı, təhlili, araşdırılması, qabaqlayıcı tədbirlərin planlaşdırılması və icrasına nəzarət.
Eləcə də bax: Azərbaycan şirkəti İranda zavod tikir
Əmək haqqı:
- Razılaşma yolu ilə.
İş şəraiti:
- İş saatı: 09-00-dan 18-00-dək;
- İstirahət: Şənbə və bazar günü.
Tələblər:
- Yaş həddi: 28-40
- Ali təhsilli (menecment, və ya standartlaşdırma və sertifikasiya sahəsində), və ya texniki yönümlü ali təhsil
- İş təcrübəsi: Bu sahə üzrə minimum 2 il təcrübə;
- Keyfiyyətin İdarəedilməsi Sistemi sahəsində müvafiq kurslarda iştirak. (İSO 9001:2008, İSO 9001:2015 sertifikatlara malik olması);
- KİS daxili audit sahəsində müvafiq kurslarda iştirak;
- Azərbaycan və rus dilini mükəmməl bilmək, ingilis dilini bilməsi arzuolunandır;
- Microsoft Office proqramlarını əla səviyyədə bilməli;
Şəxsi keyfiyyətləri:
- Liderlik;
- İşə planlı yanaşma;
- Fikrini izah etmək qabliyyəti;
- Ünsiyyət yaratmaq bacarığı;
- Analitik düşünmə qabiliyyəti;
- Fəallıq.
Əlavə şərtlər:
- Ezamiyyət imkanları;
Əlavə tələblər:
- Analitik düşünmə və analiz qabiliyyətinin olması, işinə vicdanla yanaşan, dəqiq və dürüst olması tələb olunur.
Qeyd:
- İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur;
- Anket məlumatlarına yanlış və qeyri-düzgün məlumatlar daxil etdiyi aşkar olunan şəxslər işə götürülmürlər;
- Maraqlananlar saytda onlayn-anketi dolduraraq [email protected]ünvanına göndərə bilərlər.