Avadanlıqlar üzrə təmirçi-çilingər
Namizədə tələblər:
• Ali və ya orta texniki peşə təhsili;
• Qeyd olunan sahə üzrə minimum 3 il iş təcrübəsi olmalı;
• Mexaniki-texniki bilik və bacarıqları olmalı;
• Avadanlıqların texniki xüsusiyyətlərini, istismar qaydalarını bilməli;
• Texniki cizgiləri oxuya bilməli;
• Komandada işləməyi bacarmalı, müəssisənin daxili nizam-intizam qaydalarına əməl etməlidir.
İş barədə məlumat:
• İstehsalat sahəsində olan avadanlıqların vaxtında və keyfiyyətli təmir edilməsi.
• Dəzgahların təmizlənməsi və yağlanması.
• Mexanizmlərin yığılması, təmiri.
• Avadanlığın istismarı və təmir prosesində yoxlanması zamanı qüsurların aşkar edilməsi və aradan qaldırılması.
• Avadanlığın təmirdən sonra sınaqdan keçirilməsi, tənzimlənməsi və təhvil verilməsi.
• Təmir edilən avadanlığın quraşdırılması və montajı üçün mürəkkəb mexanizmlərin hazırlanması.
• Təmir üçün defekt cədvəllərin tərtib edilməsi.
İş şəraiti:
• AR Əmək Məcəlləsinə uyğun sənədləşmə
• 6 günlük iş həftəsi
• Nahar şirkət tərəfindən verilir
• Nəqliyyat xidməti şirkət tərəfindən göstərilir
• Əmək haqqı 600-800 AZN
Maraqlananlar saytda onlayn-anketi dolduraraq https://www.metak.az/resume/resume.php?vid=111, 02.12.2018 – ci il tarixinə kimi müraciət edə bilərlər.
Yalnız göstərilən meyarlara uyğun olan namizədlər müsahibəyə çağırılacaqlar.