İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Masallı Sənaye Məhəlləsinin rezidenti "ELC-ZM" MMC Qarabağda həyata keçirilən yenidənqurma layihələrində iştirak üçün araşdırmalar aparmağa başlayıb.
"PVC dam örtüklərinin istehsalı üçün 680 min manat investisiya yatırmağı planlaşdırırıq"
FED.az xəbər verir ki, bunu dam örtüklərinin istehsalı ilə məşğul olan MMC-nin təsisçisi Elman Quliyev deyib. Onun sözlərinə görə, hazırda Qarabağda nə kimi işlər görə biləcəklərini araşdırırlar.
E.Quliyev bildirib ki, bu il ərzində təqribən etməyi planlaşdırırlar. 2018-ci ildən Sənaye Məhəlləsinin rezidenti olaraq fəaliyyətə başlayan MMC-nin ay ərzində təqribən 100-200 ton məhsul istehsal etmək gücü var. İstehsal üçün tələb olunan xammal - rulon dəmirlər Azərbaycana Çindən və Türkiyədən idxal edilir.
MMC-nin təsisçisi daxili bazarda təxminən 5-10 faizlik paya sahib olduqlarını nəzərə çatdırıb. (Azərbaycan iqtisadiyyatı)