Tural Kərimli “Yüksək Texnologiyalar Parkı” MMC-nin direktoru vəzifəsinə təyin edilib.
Bu barədə MMC-dən məlumat verilib.
Ötən ilin aprelindən direktorun vəzifələrini müvəqqəti olaraq Kənan Bayramov icra edirdi.
Qeyd edək ki, “Yüksək Texnologiyalar Parkı” 2012-ci ilin noyabrında təsis olunub.