Banner

Sənaye

“Khazar” avtomobilləri Ukraynaya ixrac ediləcək

“Khazar” avtomobilləri Ukraynaya ixrac ediləcək | FED.az
08:05 11 Fev 2019

Cari ildə “Khazar” avtomobilləri Ukraynaya ixrac olunacaq.

FED.az xəbər verir ki, bu barədə “Azərmaş” Açıq Səhmdar Cəmiyyətinin (ASC) idarə heyətinin sədri Emin Axundov deyib.

O, ilkin olaraq 300 avtomobilin ixracının nəzərdə tutulduğunu bildirib: “İxraca cari ilin ortalarında başlanacaq. Ötən ildə istehsal olunan “Khazar” avtomobillərinin 40 faizi dövlət qurumları, 60 faizi isə əhali tərəfindən alınıb”.

Eləcə də bax: "Hacıqabuldakı zavodu qonşu ölkələrə ixrac meydanı kimi qəbul edirik"

Digər xəbərlər

Banner