Sənaye

İstehsalı artıb, problemlər –  HƏLƏ QALIB

İstehsalı artıb, problemlər –  HƏLƏ QALIB | FED.az
19:53 11 Dek 2018

Azərbaycan  konyakının satışında hələ də problemlər qalmaqdadır.
 
FED.az-ın məlumatına görə, bu, Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi statistikadan yadın görünür.
 
ELƏCƏ DƏ BAX: Azərbaycanın armatur bazarında qalmaqalın – PƏRDƏARXASI

Keçən ilin yanvar-oktyabr aylarında 4,1 min dekalitr Brendi (konyak) istehsal edilib. Bu, 2016-ci ilin müvafiq dövrü ilə müqayisədə 29,3 faiz az olub. Ancaq keçən il noyabrın 1-nə anbarlarda bundan 7 dəfədən çox -  29,2 min dekalitr hazır məhsul olub.
 
Bu ilin yanvar-oktyabr aylarında keçən ilin anoloji dövrü ilə müqayisədə məhsul istehsalı 4 dəfə artaraq 16,3 min dekalitrə çatsa da, satış sahəsində problem qalıb. Noyabrın 1-nə anbarlarda  21.9  min dekalitr məhsul qalıb ki, bu da istehsal edilən məhsuldan 34 faiz çoxdur.

Digər xəbərlər