Sənaye

İngiltərənin neft şirkəti Azərbaycanda filial açıb

İngiltərənin neft şirkəti Azərbaycanda filial açıb | FED.az
09:47 19 Dek 2018

“Harrington Petroleum Limited” şirkətinin Azərbaycandakı filialı dövlət qeydiyyatına alınıb.

FED.az xəbər verir ki, bu barədə “Vergilər” qəzetinin xüsusi buraxılışında deyilir.

Filialın hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal, ev 60, mənzil 89, ünvanında yerləşir.

Eləcə də bax: Azərbaycanda 3 əczaçılıq şirkəti birləşdi - "ZƏFƏRAN APTEK"LƏRİN SAHİBİ LƏĞV EDİLDİ

Şirkətin qanuni təmsilçisi Hindistan vətəndaşı olan Ojha Jaikumardır.

MMC bu ilin 25 oktyabr tarixində dövlət qeydiyyatına alınıb.

Qeyd edək ki, 1998-ci ildə İngiltərə yaradılan şirkət neft-qaz sektorunda logistika, ticarət, məhsulların çatdırılması ilə məşğuldur. Şirkətin Dubayda, Hong-Kongda, Şanxayda, Sinqapurda, İstanbulda ofisləri var.

Digər xəbərlər