15 Mart 2018-ci il tarixində "Holcim (Azərbaycan)" ASC səhmdarlarının ümumi illik yığıncağı keçiriləcək.
FED.az ASC-nin elanına istinadən xəbər verir ki, yığıncağın gündəliyinə Cəmiyyətin Müşahidə Şurasının üzvliyində dəyişikliyin təsdiq edilməsi, Nizamnaməyə edilmiş dəyişikliyin təsdiq edilməsi və 2017-ci ilin maliyyə nəticələrinə dair illik hesabatın təsdiq edilməsi daxildir.
Yığıncaq "Hyatt Regency" hotelinin "Quba" zalında keçiriləcək.