Hacıqabul Sənaye Məhəlləsində "Penoplex Prikavkazye" MMC-nin istilik izolyasiya lövhələrinin istehsalı müəssisəsi istifadəyə verilib. İstehsal gücü 100 min kubmetr olan müəssisədə hazırlanan məhsulların 60%-nin daxili bazara, 40%-nin isə xarici bazara satılması planlaşdırılır.
Şirkət Azərbaycanda kartona olan tələbatın 30%-ni ödəyəcək
FED.az xəbər verir ki, indiyədək Sənaye Məhəlləsinin rezidentləri tərəfindən 95 milyon manata yaxın məhsul istehsal olunub ki, bunun da 1 milyon manatlıq hissəsi ixracın payına düşür.
Qeyd edək ki, 200 nəfərdən çox insanın daimi işlə təmin edildiyi Sənaye Məhəlləsində ümumi investisiya həcmi 163 milyon manatdan çox olan 14 sahibkarlıq subyekti rezident kimi qeydiyyatdan keçib və bunlardan 8-i artıq fəaliyyətə başlayıb. Mövcud layihələr üzrə əlavə olaraq Sənaye Məhəlləsinə 120 milyon manata yaxın investisiyanın yatırılması nəzərdə tutulur.